General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını rəhbər tutaraq, Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Velosiped İdmanı Federasiyası Mingəçevir şəhərində gənclər arasında velosiped çempionatı keçirib. General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını rəhbər tutaraq, Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Velosiped İdmanı Federasiyası Mingəçevir şəhərində gənclər arasında velosiped çempionatı keçirib.

Region gəncləri velosipedlə yarışdılar - FOTOLAR

General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını rəhbər tutaraq, Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Velosiped İdmanı Federasiyası Mingəçevir şəhərində gənclər arasında velosiped çempionatı keçirib.


AzNews.az xəbər verir ki, tədbirdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, təşkilatçılara öz minnətdarlığını bildirib, son illər velosiped idman növlərinin ölkəmizdə inkişafını yüksək qiymətləndirib.

Federasiyanın baş katibi Fərhad Əliyev də çıxış edərək, Azərbaycan velosiped idmanına dövlət tərəfindən hər zaman diqqət və qayğının göstərildiyini vurğulayıb, gənclərə uğurlar arzu edib.

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov da gənclərin hər zaman velosiped idmanına həvəs göstərdiyini, gənclərin asudə vaxtının səmərəli təşkili baxımından keçirilən bu cür çempionatların əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra çempionat öz işinə başlayıb. Çempionatın qaliblərinə kuboklar və Federasiya tərəfindən pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Birinci Avropa Oyunlarının Bakı və Mingəçevirdə keçiriləcəyini nəzərə alaraq, Gənclər üçün Təhsil Mərkəzi Mingəçevir şəhərində Avropa Oyunlarının təbliğatına həsr olunmuş çoxnövçülük üzrə idman oyunları, həmçinin "Region gənclərindən İlk Avropa Oyunlarına yaradıcı dəstək" adlı festival təşkil edəcək.
image description image description image description image description image description