- Köhnə - İdman
- 15 Aprel 2015 09:09
- 2 233
Azərbaycan idmançısı Avropa çempionu oldu - FOTO
Azərbaycanın ağır atleti, Təhsil İdman Mərkəzinin yetirməsi Əfqan Bayramov təkanla ağırlıqqaldırma üzrə Avropa çempionu olub.
AZNEWS.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Tbilisidə keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 77 kiloqram çəki dərəcəsində mübarizə aparan atletimiz təkanla qaldırmada birinci cəhddə 180, ikinci cəhddə isə 192 kiloqramın öhdəsindən bacarıqla gəlib. Bununla da o, təkanla ağırlıqqaldırmada Avropa çempionu olub.
Qeyd edək ki, Əfqan Bayramov birdən qaldırma üzrə yarışda 141 kiloqram nəticə göstərib. Ümumilikdə isə 333 kiloqram nəticə ilə 5-ci 6-cı yerləri bölüşüb.