Tbilisidə ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Tbilisidə ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

Azərbaycanın qadın atleti bürünc medal qazandı

Tbilisidə ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.


AZNEWS.AZ xəbər verir ki, aprelin 16-da çempionatda Azərbaycanın qadın atleti Anastasiya İbrahimli 69 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxıb.

O, birdənqaldırma hərəkətləri zamanı 103 kiloqramlıq çəkini başı üzərinə qaldırıb.

Təkanla qaldırmada isə atletimiz əvvəlcə 120, sonra 126 kiloqramın öhdəsindən gəlib. Üçüncü cəhddə A.İbrahimli 130 kiloqramı başı üzərinə qaldıraraq çempionatın bürünc medalını qazanıb.

Yarış başa çatdıqdan sonra A.Ubrahimli qələbə sevincini AZƏRTAC-a bölüşüb: "Məqsədimiz çempionatın qızıl medalına sahib olmaq idi. Lakin bu turnirdə daha güclü idmançılar çıxış edirdilər və mən mübarizəmi üçüncü pillədə başa vurdum. Sevinirəm ki, Azərbaycana medalla qayıdıram. Bundan sonra da çalışacağam ki, Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyum. Qarşıdan dünya çempionatı gəlir və inanıram ki, bu çempionatda da uğur qazanacağıq".

A.İbrahimli ona göstərilən etimada və dəstəyə görə, məşqçilərinə minnətdarlıq edib.