- Köhnə - İdman
- 29 Aprel 2015 00:14
- 1 854
VeIoyürüş olacaq - Bakıda
Mayın 3-də Bakıda Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunacaq.
AzNews.ax xəbər verir ki, Federasiyadan Trend-ə verilən məlumata görə, saat 10:00-da başlanacaq tədbir Dövlət Bayrağı Meydanından start götürməklə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq.
Yürüşdə iştirak etmək istəyən həvəskarların velosiped və baş geyiminin olması mütləqdir.
Arzu edənlərin mayın 3-ü, saat 09:30-da Dövlət Bayrağı Meydanına gəlmələri xahiş olunur.