- Köhnə - İdman
- 9 May 2015 23:26
- 2 304
“Fənərbağça“ mübarizəni davam etdirir
Bu gün Türkiyə Superliqasının 30-cu turunda "Sivaspor" çempionluq uğrunda mübarizə aparan "Fənərbağça"nı qəbul edib.
AzNews.az xəbər verir ki, oyuna meydan sahibləri fəal başlayıb. 8-ci dəqiqədə Mehdi hesabı açıb. Lakin bir dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirib - Dieqo fərqlənib.
24-cü dəqiqədə Çiçinyo qonaqları məyus edib. "Fənərbağça"nın cavab qolunu 56-cı dəqiqədə Vebo vurub.
87-ci dəqiqədə Mussa Sou son nöqtəni qoyub - 2:3.
Beləliklə, "Fənərbağça" 66 xalla ikinci sıradadır. 67 xallı "Qalatasaray" birincidir.
AzNews.az