- Köhnə - İdman
- 17 Oktyabr 2012 04:27
- 4 570
Leysan Varşava stadionunu bataqlığa çevirdi - FOTO- VIDEO
Polşa-İngiltərə qarşılaşması baş tutmadı
FİFA 2014-cü ilin Dünya Çempionatının seçmə mərhələsində Polşa və İngiltərə milliləri arasında qarşılaşmanı təxirə salıb. Buna Varşavadakı leysanın stadionu bataqlığa çevirməsi səbəb olub. Anspress xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 00.00-da başlamalıydı.
Maraqlıdır ki, Varşava stadionu futbolçuları əlverişsiz hava şəraitindən qoruyan unikal açılıb-bağlanan dam örtüyünə malikdir. Lakin hər iki komanda qapalı yerdə oynmaqdan imtina edib. 2012-ci ilin Avropa çempionatının tərcrübəsi göstərdi ki, qapalı meydanda oynamaq çətindir.
Azarkeşlər oyunun təxirə salınmasını qəzəblə qarşılaşıyıblar. Onlar Polşa Futbol İttifaqının ünvanına "Yaramazlar!" şüarını səsbəndiriblər. Fanatlardan biri meydana çıxıb və bataqlığa uzanıb. FİFA-nın qərarına görə, hava şəraiti imkan versə, Polşa-İngiltərə qarşılaşması bu gün yerli vaxtla saat 17.00-da (Bakı vaxtı ilə 20.00) başlayacaq.
AzNews.az