- Köhnə - İdman
- 18 Dekabr 2015 10:44
- 4 252
““Formula 1“in yollarına 12 milyon xərclənəcək” - Nazir
Bu il Azərbaycan idmanı üçün uğurlu il olub və idmançılarımız böyük naliyyətlər əldə edib.
Bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Qran Priyə həsr olunmuş mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, keçirilən sorğu nəticəsində biz görürük ki, 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışmasına böyük maraq var: "Respondentlərin çoxu bu yarışları dəstəkləyir və bilet almaq istəyirlər. Biz əminik ki, bu yarış çox maraqlı olacaq".
A.Rəhimov deyib ki, yarış keçiriləcək umumi tras 6 km olacaq: "Yarış maşınları 51 dəfə həmin trası yarış zamanı keçəcək. Həmin trasda 20 döngə var. Trans Bakının maraqlı yerlərindən keçir, o cümlədən dənizkənarı parkıdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km qədər çatacaq və biz düşünürük ki, bu yarışı daha çox maraqlı edəcək. 30 minə qədər bilet satılacaq. Biletlərin qiymətləri müxtəlifdir. Azərbaycan vətəndaşlarına biletlərin qiymətlərində 40 faizə qədər endirim ola bilər. Çalışırıq ki, hamının biletləri əldə etmək imkanı olsun. Biletlərin satışı online fomada keçiriləcək".
Nazir qeyd edib ki, hazırda Formula 1 yarışması ilə bağlı yolların hazırlanması üçün aparılan işlərə 12 milyon manat vəsait nəzərdə tutulub: "Bu günə qədər Formula 1 ilə bağlı əməliyyat şirkəti 5 milyon manat xərcləyib. Bu xərclər tədbirlərin, seminarların keçirilməsinə, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə yönəlib".
A.Rəhimov deyib ki, qarşıda bir sıra işlər qalır: "Məsələn, yol kənarına bardurların, setkaların quraşdırılması və s. Təxminən 3-4 aydan sonra yarışın büdcəsi tam formalaşacaq".
Trend.az