- İşin içi
- 21 Oktyabr 2019 16:14
- 4 783
Azərbaycan Rusiyadan daha 60 metro vaqonu alacaq - Müqavilə imzalandı

"Bakı Metropoliteni"nin sədri Zaur Hüseynov sənədə imza atıb
Moskvada "Metrovaqonmaş" ASC ilə "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanıb.
Müqaviləni Azərbaycan tərəfdən "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, Rusiya tərəfindən isə "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov imzalayıblar.
Qeyd edək ki, müqavilə 765 seriyalı 60 ədəd metro vaqonunun "Bakı Metropoliteni" QSC-yə tədarükünü nəzərdə tutur. (APA)
AzNews.az