- İşin içi
- 25 Sentyabr 2023 17:40
- 10 386
Prezident: “Türkiyə ilə ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılıb”
“Bizim bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Keçən il bizim ticarət dövriyyəmiz 6 milyard dollardan çox olub”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
Bu ilin yeddi ayında ticarət dövriyyəsinin daha 40 faiz artdığını və daha da artacağına əminliyini ifadə edən dövlətimizin başçısı bildirib: “Düzdür, hədəf çox, yəni, yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötüb. Yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq”.