Bu ilin I rübündə övladlığa verilən uşaqlarla bağlı 342 monitorinq keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa verilən uşaqların ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə bu ilin ötən dövründə 342 monitorinq keçirilib.

Bu barədə AzNews.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, monitorinq zamanı ailənin yaşayış şəraiti, övladlığa götürülən uşağın və onu övladlığa götürmüş şəxslərin sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti barədə məlumatları əks etdirən hesabat hazırlanır.

Məlumat üçün bildirək ki, övladlığagötürmə ilə bağlı məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra Agentlik tərəfindən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.