- İşin içi
- 17 Sentyabr 20:36
- 6 101
Manatın məzənnəsi 3 il sabit qalacaq - RƏSMİ
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Bu barədə AzNews.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.