Nüsrət Məlikov “Veysəloğlu Şirkətlər Qrupu” ilə yollarını ayırdı

Azərbaycan bank-maliyyə sektorunun tanınmış similarından biri, iqtisadçı alim Nüsrət Məlikov “Veysəloğlu Şirkətlər Qrupu” ilə yollarını ayırmışdır.

Nüsrət Məlikov , 1994 – 1998 ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti “Mühasibat üçotu və audit” üzrə bakalavr pilləsini , 2001 – 2003 cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat üçotu və audit” ixtisası üzrə magistratura pilləsini bitirmişdi.

2009 – 2015 ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə sahəsi üzrə ” Doktorantura pilləsini bitirərək , İqtisadiyyat üzrə fəlsəfə doktoru adın qazanmışdır.

2010-2011-ci ildə Londonda DipIFR - Beynəlxalq Maliyyə Hesabatlarının hazırlanması ixtisası üzrə təhsil almışdır.
1999-cu ildən Beynəlxalq Mühasibat Uçotu və TACIS auditin tətbiqi Auditorlar Palatası üzvü , 2006-ci ildən Amerika Daxili Auditorlar İnstitutunun üzvu , 2006-cı ildən Londonda Avropa Biznes Assosiasiyasının üzvüdür.

Nüsrət Məlikov , Azərbaycan , Rusiya , Türkiyə , Polşa , Avstriya , Böyük Britaniyada MHBS və ABŞ GAAP Mühasibatlığı, Maliyyə Menecmentinin və Korporativ İdarəetmənin Praktik aspektləri , BMHS-a keçməyin praktik aspektləri üzrə mühazirələr demiş və təlimlər keçmişdir.

Nüsrət Məlikov Həsənbəy Zərdabi İrsinin tədqiqatı Mərkəzinin və “Quantum Economics” İqrisadi Tədris Mərkəzinin həmtəsisçisidir.