Azərbaycanda notbuk istehsalı 3 dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqları istehsalının ümumi dəyəri 221,3 milyon manat təşkil edib.

AzNews.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 4,3 %, elektrik avadanlıqlarının istehsalı isə 29,6 % artıb.

O cümlədən, notbukların istehsalı 3,2 dəfə, güc transformatorlarının istehsalı 66,1 %, ölçmə cihazlarının istehsalı isə 25,8 % artıb.

Əvəzində stolüstü kompüterlərin istehsalı 70, 6 %, elektrik tənzimləyici cihazların istehsalı 19,4 %, məişət soyuducuları və dondurucuların istehsalı isə 8,8 % azalıb.