AMB Lüksemburq və BƏƏ-nin sığorta brokerlərini reyestrinə daxil edib

Azərbaycan Mərkəzi Bankı (AMB) Lüksemburqun “Howden Specialty Luxembourg, S.ά.r.l” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Volante (DIFC)" şirkətlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.

AzNews.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 95-ə çatıb.

Bundan əvvəl noyabrda Türkiyənin "BMS Group Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkəti sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.

Xatırladaq ki, “Howden Specialty Luxembourg, S.ά.r.l” 2019-cu ildən, "Volante (DIFC)" isə 2021-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.