- İşin içi
- 11:27
- 1 056
Nazir müavini: "Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir"
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi uzunluğu 3,4 min km-ə yaxın olan avtomobil yolları inşa edilir.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
Bundan başqa, o deyib ki, 2004-cü ildən bəri ölkədə 21 min km uzunluğunda avtomobil yolları, 335 körpü və 45 tunel inşa edilib.