- İşin içi
- 17 Yanvar 12:11
- 1 332
Azərbaycanda ötən il 2 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb
2024-cü ildə Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində 1 871 müqavilə bağlanılıb ki, bu da 2023-cü illə müqayisədə 30,9% çoxdur.
AzNews.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.
Xatırladaq ki, bu mexanizm Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanı əsasında, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq olunur. Ümumilikdə indiyə qədər mexanizm vasitəsilə 6257 ailə özünün yaşayış şəraitini yaxşılaşdırıb ki, onların da 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Mexanizmi çərçivəsində vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.