- İşin içi
- 15:22
- 1 884
"Dərhal blokladıq" - Bankdan açıqlama
Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə məxsus kartdan dələduzların ələ keçirməyə çalışdığı vəsaitlər geri qaytarılıb.
AzNews.az bildirir ki, bu barədə Kapital Bankın yaydığı açıqlamada deyilir.
“Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kiberdələduzluq halı ilə üzləşib. Bununla bağlı hüquq mühafizə orqanları və Kapital Bank tərəfindən dərhal araşdırma başlanılıb.
Bankımız vəsaitin köçürüldüyü hesabı dərhal bloklayıb və oğurlanmış məbləğin ələ keçirilməsinə imkan verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb” -deyə açıqlamada vurğulanır.
Bank bir daha müştəriləridən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli CVV kodunu, SMS vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin FİN kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən uydurma videolara və reklam mətnlərinə inanmamağa çağırıb.
AzNews.az