- İşin içi
- 17:56
- 1 085
Mikayıl Cabbarov: "WEF-də iqtisadi diversifikasiya prosesinə geosiyasi təsirləri müzakirə etdik"
Davos İqtisadi Forumu (WEF) çərçivəsində “Ticarət və İnvestisiya Rəhbərliyi Naharı” sessiyasında bu il üçün ticarət və sərmayələr sahəsində fəaliyyətin prioritet istiqamətləri nəzərdən keçirilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Müzakirələrimiz iqtisadi diversifikasiya prosesinə geosiyasi təsirlər, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi mövzuları əhatə etdi”, - o qeyd edib.
AzNews.az