- İşin içi
- 27 Yanvar 14:26
- 3 205
"BakuBus": "Hava limanı express" avtobuslarından istifadə 2 dəfədən çox artıb

2024-cü ildə "BakuBus" MMC-nin “Hava limanı express” avtobuslarından 483 991 nəfər istifadə edib.
AzNews.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 2 dəfədən çox artım deməkdir. Həmin il sözügedən avtobuslara 208 578 nəfər minib.