- İşin içi
- 08:53
- 899
Dünya bazarında çayın qiyməti artacaq - PROQNOZ
Çayın qiyməti yaxın bir neçə il ərzində dəyişkən olacaq, lakin qəhvədə olduğu kimi qiymətdə kəskin artım gözlənilmir. Bunu iqtisadçı alim, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin beynəlxalq biznes kafedrasının baş müəllimi Oleq İvanov deyib .
AzNews.az bu barədə RİA Novosti- yə istinadən xəbər verir .
Onun sözlərinə görə, çayın qiyməti bu içkinin əsas istehsalçısı sayılan ölkələrdə pis hava şəraiti ilə əlaqədar olaraq artır. Bu, ilk növbədə , Hindistan , Keniya , Vyetnam və Şri Lankaya aiddir. Nəticədə məhsul və xammalın keyfiyyəti aşağı düşür. Bundan əlavə, Qırmızı dənizdəki vəziyyət də öz təsirini göstərir. Ticarət gəmilərinə hücumlar daşınma xərclərinin artmasına səbəb olur. Nəhayət, üçüncü amil ixracatçı ölkələrdə işçi qüvvəsinin, gübrələrin və enerjinin bahalaşmasıdır.
"Çay qiymətlərinin artımının əsas amilləri iqlim faktorları və logistika xərcləri olaraq qalacaq", - İvanov vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, Rusiyada keçən il internet vasitəsilə satılan çaya tələbat 23 faiz artıb. Oflayn ticarətdə hər şey fərqlidir. Orada çay satışı dörd faiz azalıb. O da məlum olub ki, 2024-cü ildə Rusiyada çay 18 faiz bahalaşıb .
AzNews.az