Qarabağ və Şərqi Zəngəzurda yeni orta sahibkarlıq subyektlərinin sayı 7 dəfədən çox artıb

2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 29 yeni orta sahibkarlıq subyekti yaradılıb ki, bu da 2023-cü illə müqayisədə 7,3 dəfə çoxdur.

AzNews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 705 kommersiya təşkilatlarının 2 %-i və yaxud 4 150-si orta sahibkarlıq subyeki olub.

Bu, əvvəlki ilin sonuna nisbətən 563 vahid və yaxud 15,7 % çoxdur.

Hesabat tarixinə orta sahibkarlıq subyektlərinin 68,7 %-i və yaxud 2 850-si Bakıda fəaliyyət göstərib. Bu, illik müqayisədə 20,3 % çoxdur. Bundan başqa, Qarabağ iqtisadi rayonunda 87 (22,5 % çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23 (2,3 dəfə çox) orta sahibkarlıq subyekti olub.