Azərbaycanda istismarına icazə verilməyən binalarda 55 mindən artıq mənzil sənədləşdirilib

Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixli "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanına uyğun olaraq Azərbaycanda istismarına icazə verilməyən binalarda 55 mindən artıq mənzil sənədləşdirilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov bildirib.

Bundan başqa, onun sözlərinə görə, dövlət başçısının 14 iyun 2023-cü il tarixli "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq qeyri-yaşayış binalarının sənədləşdirilməsi sürətləndirilib: “Fərmanın icrasına il yarımdır ki, başlanmasına baxmayaraq artıq 15 888 müraciət daxil olub. 3 070 bina istismara icazə sənədi, 2 655 bina isə dövlət reyesterindən çıxarışla təmin edilib".