- İşin içi
- 12:26
- 1 455
Azərbaycanda "yaşıl məhsul"lar istehsal ediləcək

Azərbaycanda "yaşıl gübrə" və "yaşıl metanol" istehsal edilməsi nəzərdə tutulur.
Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.
"Yaşıl enerji" sahəsində genişmiqyaslı layihələr, "yaşıl dəhliz"lərlə bağlı investorların hərəkətə keçməsi üçün uzunmüddətli razılaşmalara ehtiyac var. Bundan başqa, maliyyələşdirmə ilə bağlı məsələlər də həll olunmalıdır", - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda "yaşıl məhsul"lar da istehsal edilə bilər: "Bu, təkcə enerji təhlükəsizliyi ilə deyil, sənaye təhlükəsizliyi ilə bağlı məsələdir. Onlar bir-biri ilə əlaqəlidir. Azərbaycan "yaşıl gübrə"lər və "yaşıl metanol" istehsal edəcək. Daxili tələbat ödənildikdən sonra bu məhsullar ixrac olunacaq".