- İşin içi
- 10 Aprel 17:20
- 2 888
İsrail və Türkiyə Azərbaycanda təhlükəsizlik danışıqları aparır

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İsrail və Türkiyə nümayəndə heyətləri arasında siyasi və təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanda baş tutan görüşü təsdiqləyib.
Bu barədə kansleriyanın saytında danışıqların yekunlarına dair dərc edilmiş rəsmi məlumatda deyilir.
“Milli Təhlükəsizlik Şurasının direktoru Tzachi Haneqbinin başçılıq etdiyi nümayəndə heyəti, Müdafiə Nazirliyi və təhlükəsizlik xidmətlərinin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə dünən axşam saatlarında paralel Türkiyə nümayəndə heyəti ilə görüşüb”.
Görüş zamanı tərəflər regional maraqları müzakirə edib, sabitliyin və təhlükəsizliyin qorunması üçün dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Mövsüm
Aznews.az