- İşin içi
- 11:20
- 934
Mərkəzi Bank iqtisadi artımla bağlı proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı bu il üzrə ölkədə 3,3% iqtisadi artım proqnozlaşdırıb.
Bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O bildirib ki, 2026-cı ildə 2,4 faiz iqtisadi artım proqnozlaşdırılıb. Qeyri neft-qaz sektoru üzrə bu rəqəm müvafiq olaraq 4,7% və 4,6% olacaq.
O əlavə edib ki, ümumilikdə Mərkəzi Bankın makro-iqtisadi proqnozları müsbətdir.
AzNews.az