- İşin içi
- 11:48
- 810
Fuad Sadıqov: "Meyvə istehsalçılarının böyük itkiləri var"

Azərbaycanda fevral ayının sonlarında havaların şaxtalı keçməsi faraş meyvə istehsalçılarını çox böyük maliyyə itkiləri ilə üz-üzə qoyub.
Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov keçirdiyi mətbuat konfrasında bildirib.
"Xüsusilə Şamaxı, Qusar və Balakən rayonlarında meyvə istehsalçılarının böyük itkiləri var", - deyə o qeyd edib.
Bundan başqa, sədrin sözlərinə görə, aprel ayının I yarısında havaların kəskin dəyişməsi, Xaçmaz və Quba rayonlarında, Aran bölgəsində leysan yağışlarının selə səbəb olması çox ciddi itkilərlə nəticələnib.
"Təkcə bu ay Fonda sığortalı müştərilərdən 13 milyon manat zərərin olması ilə bağlı müraciətlər edilib. Bu ilin əvvəlindən isə sığorta təminatı altında olan fermerlər 26 milyon manat zərərin olması ilə bağlı müraciətlər edib. Yəni, kifayət qədər itkilərimiz var", - deyə F.Sadıqov əlavə edib.
AzNews.az