Sumqayıta 3 milyon pul ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"APA-Econimics"in məlumatına görə, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılıb.

AzNews.az