- Köhnə - İqtisadiyyat
- 14 Oktyabr 2013 20:00
- 1 522
Bayramla əlaqədar Lənkəranda satış-yarmarka keçirilib
Lənkəran ŞİH başçısının müavini İlkin Rəhimovun sözlərinə görə, yarmarkaya rayonda fəaliyyət göstərən 11 fermer təsərrüfatından və fiziki şəxslərdən 2 minə yaxın xırdabuynuzlu mal-qara çıxarılıb. Əsas məqsədi bayramqabağı süni qiymət artımının qarşısını almaqdan ibarət olan yarmarkada qiymətlər bazara nisbətən 20-25 faiz aşağı olub.
İlkin Rəhimov bildirib ki, həmişə olduğu kimi, bu il də Qurban bayramı ilə əlaqədar rayonda məskunlaşmış məcburi köçkün ailələri, Qarabağ müharibəsi əlilləri, şəhid və imkansız ailələr ŞİH-nin diqqətindən kənarda qalmayıb. Bayram günündə rayonda ümumilikdə bu təbəqədən olan 4 min nəfərə qurbanlıq payının verilməsi nəzərdə tutulub.
Bayram təəssüratlarını APA-nın bölgə müxbiri ilə bölüşən Lənkəranda məskunlaşmış məcburi köçkün Xanım Həsənova, "20 Yanvar" Cəmiyyəti Lənkəran şəhər şöbəsinin sədri, şəhid qardaşı Yusif Abdullayev, Lənkəran şəhər sakini Nəsir Rzayev, rayonun Gərmətük qəsəbə sakini Hikmət Nağıyev və digərləri satış yarmarkasının təşkilinə görə Lənkəran icra başçısına minnətdarlıqlarını ifadə edib.
AzNews.az