- Köhnə - İqtisadiyyat
- 14 Aprel 2015 18:46
- 5 476
Azərbaycanda ilk - KAMAZ istehsalına başlanıldı
2015-ci ilin fevral ayında "Gəncə avtomobil zavodu" İB-yi Rusiyanın nəhəng şirkəti olan "KAMAZ" ASC arasında "KAMAZ" markalı avtomobillərin yerli şəraitdə sənaye yığımının təşkili ilə bağlı uzunmüddətli müqavilə imzalanıb.
AzNews.az Trend-ə istinadən xəbər verrir ki, bununla əlaqədar, Gəncə avtomobil zavodunda qısa müddət ərzində yeni yığım xətti quraşdırılıb və ilk "KAMAZ" avtomobillərin yığımı təşkil olunub.
Aprelin 14-də ilk "KAMAZ" avtomobilin xətdən düşməsi gözlənilir. Qeyd edək ki, xəttin istehsal həcmi ildə 1500 avtomobilin buraxılışına hesablanıb.
"Gəncə avtomobil zavodu"İB-də "KAMAZ" avtomobillərin yığım xəttinin açılış tədbirində Tatarstan Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Rüstəm Minnixanov, Azərbaycan Respublikası Nəqliyyat Naziri Ziya Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "KAMAZ" ASC-nin baş direktoru Sergey Koqoqin və digər qonaqlar iştirak edib.
"KAMAZ" ASC ilə bağlanmış müqaviləyə görə ilkin mərhələdə Gəncə avtomobil zavodunda 31 müxtəlif modeldə "KAMAZ" markalı avtomobilin istehsalı planlaşdırılıb. İlin sonunadək zavodda "KAMAZ" avtomobillərin sənaye yığımı üçün ayrıca yeni sexin təşkili nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, ümumilikdə Gəncə avtomobil zavodunda 8 modeldə 5500-dək ədəd traktor, 21 modeldə 2400-dək ədəd "MAZ" avtomobilləri istehsal olunub.
2015-ci ildə Gəncə avtomobil zavodu 500 ədədə qədər müxtəlif təyinatlı "MAZ" avtomobili, 50 ədədə qədər 21 kub.metr tutumlu AVRO-4 standartına cavab verən HALLER kommunal maşını, 1400-ə yaxın müxtəlif modeldə "Belarus" traktorların və 30-dan artıq "KAMAZ" avtomobilin istehsalı nəzərdə tutub.