- Köhnə - İqtisadiyyat
- 29 Aprel 2015 01:00
- 3 081
Rövnəq Abdullayevdən neftin qiyməti ilə bağlı - Proqnoz
Bunları jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
ARDNŞ-in Yunanıstanın qazpaylayıcı şəbəkəsinin – DESFA şirkətinin səhmlərini alması məsələsinə toxunan R.Abdullayev bildirib ki, bu məsələ Dövlət Neft Şirkətindən asılı deyil. O deyib: "Avropa Komissiyası Yunanıstanın DESFA şirkətinin səhmlərinin 66 faizinin ARDNŞ tərəfindən alınması üzrə razılaşmanın Avropa İttifaqının Birləşməyə dair Reqlamentinə uyğunluğu barədə qərarın qəbul edilməsinin ilkin müddətini 2015-ci ilin sonunadək uzadıb. Daha əvvəl Avropa Komissiyası razılaşmanın nəzərdən keçirilməsi dövrünü 2015-ci il martın 23-dən 2015-ci il aprelin 22-dək uzadıb. Hazırda Avropa Komissiyasının ekspertləri bu məsələni öyrənirlər".
ARDNŞ-in prezidenti Transanadolu qaz kəməri layihəsinin maliyyələşdirilməsi məsələsinə də toxunaraq bildirib ki, TANAP-ın icrası hətta cədvəli qabaqlayır və Azərbaycan qazı 2018-ci ilin ikinci yarısında Türkiyəyə nəql olunacaq.