“ABŞ Dövlət katibi Cin Kerrinin Konqresdəki ofisində hazırlanmış anti-Azərbaycan planının ifşa olunması bir çox qaranlıq mətləblərə və bəzi şəxslərin müəmmalı davranlşlarının haradan qaynaqlandığına aydınlıq gətirir”. “ABŞ Dövlət katibi Cin Kerrinin Konqresdəki ofisində hazırlanmış anti-Azərbaycan planının ifşa olunması bir çox qaranlıq mətləblərə və bəzi şəxslərin müəmmalı davranlşlarının haradan qaynaqlandığına aydınlıq gətirir”.

Keçmiş nazirdən Qubad İbadoğluna sərt - İttihamlar

“ABŞ Dövlət katibi Cin Kerrinin Konqresdəki ofisində hazırlanmış anti-Azərbaycan planının ifşa olunması bir çox qaranlıq mətləblərə və bəzi şəxslərin müəmmalı davranlşlarının haradan qaynaqlandığına aydınlıq gətirir”.

AzNews.az xəbər verir ki, bunu "AZERFAX"a "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov Azərbaycana qarşı hazırlanmış Amerika mənşəli plan barədə fikirlərini açıqlayarkən deyib. Onun sözlərnə görə, artıq bütün konturları üzdə olan planın icrasında iştirak etmiş Azərbaycan vətəndaşlarının konkret fəaliyyət dairəsi də tədricən müəyyən olunacaq: "Biz araşdırma materiallarından gördük ki, bu əməliyyat ABŞ-da hazırlansa da icraçılar sırasında Azərbaycan vətəndaşları da var. Yazıda konkret adlar çəkilir. Lakin adı çəkilməyən şəxslər də var ki, onların bu vaxta qədərki fəaliyyət trayektoriyası, hədəfə aldıqları mövzular anti-Azərbaycan planındakı istiqamətlərlə üst-üstə düşür. Məsələn, götürək Qubad İbadoğlunu. Arşdırmada onun adına rast gəlinməsə də hər kəsə məlumdur ki, o, xeyli müddətdir ki, Amerika Birləşmiş Ştatlarındadır və onun səfəri Azərbaycana qarşı qurulmuş əməliyyatı idarə edən Demokratiya üçün Milli Dəstək Fondu (National Endowment for Democracy - NED) tərəfindən təşkil olunub".

Q.İbadoğlunun ABŞ-da keçirdiyi görüşlərə diqqət yönəldən F.Yusifov bu görüşlərdə sözügedən planda hədəf kimi göstərilən ayrı-ayrı məqamların müzakirə olunduğunu deyib: "Diqqət edin, Qubad İbadoğlu Dövlət Departamentində görüşlər keçirir. Orada Azərbaycana qarşı qərəzli münasibət bəsləyən təşkilatların rəhbərlərilə bir araya gəlir və bu adamlarla Azərbaycandakı vəziyyətə dair müzakirələr aparır. Bu hələ mətbuata açıqlanan məqamlardır. Konkret hansı məsələlərin müzakirə olunduğu, kimlərlə gizli görüşlər keçirildiyi və hansı öhdəlikər götürüldüyü məlum deyil. Hesab edirik ki, Qubad İbadoğlunun bir neçə gün öncə I Avropa Oyunlarının büdcəsinə dair heç bir ciddi əsaslara söykənməyən yazı ilə çıxış etməsi də təsadüfi deyil. Unutmaq olmaz ki, ABŞ-da hazırlanmış anti-Azərbaycan planının əsas hədəflərindən biri məhz Bakı 215 I Avropa Oyunlarıdır. Müşahidələrimiz göstərir ki, Qubad İbadoğlu təhlükəli bir oyunun iştirakçısına çevrilib. O, bundan əvvəl də NED-in dəstəyilə bir sıra layihələrdə iştirak edib".

F.Yusifov Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş planlara qarşı bütövlükdə Azərbaycan cəmiyyətinin etiraz etməli olduğunu da vurğulayıb: "Məsələləri qarışdırmaq olmaz. Burada söhbət Azərbaycan hakimiyyətinə qarşı təzyiqlərdən deyil, bilavasitə Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş təhdidlərdən gedir. Siyasi mövqeyimizdən asılı olmayaraq hər birimiz dövlətimizi qorumalı, təhlükə yarandıqda Bayrağımız ətrafında yumruq kimi birləşməliyik".