- Köhnə - İqtisadiyyat
- 23 May 2015 11:38
- 2 740
Abid Şərifovdan yanan bina ilə bağlı Açıqlama
“Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq”.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
A. Şərifov vurğulayıb ki, artıq binada təmir-bərpa işlərinə start verilib.
Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.
Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.