- Köhnə - İqtisadiyyat
- 29 May 2015 16:11
- 2 775
“Neft Daşları” yatağında yeni quyu qazılır – Sutkada 10 min ton neft
![](https://www.aznews.az/storage/photos/neftdashlariyatagi1.jpg)
“Neft Daşları” yatağındakı 1954A nömrəli meydançadan 2681 nömrəli quyuda qazma işlərinə başlanılıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumat SOCAR-ın saytında yer alıb.
"Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1360 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.