- Ermənistan və Gürcüstan
- 30 Oktyabr 2018 19:20
- 4 708
İran prezidentinin mobil telefonuna qulaq asırmışlar - Telefonu dəyişdirilir
Telefonuna kimlər və ya yaxud hansı ölkə tərəfindən qulaq asıldığı haqda bilgi verilmir
İran prezidenti Həsən Ruhaninin mobil telefonuna qulaq aşırmışlar. Bu səbəbdən onun telefonunu yaxın günlərdə dəyişəcəklər.
AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, bu haqda məlumatı İSNA agentliyinə İran Mülki müdafiə təşkilatının rəhbəri Qulam Rza Calali deyib.
Mənbə bildirir ki, Ruhaninin telefonuna yaxın günlərdən başlayaraq qulaq asıblar. Ancaq onun telefonuna kimlər və ya yaxud hansı ölkə tərəfindən qulaq asıldığı haqda bilgi verilmir.
Xəbər verilir ki, İran StuxNet adlı kompüter virusunun yeni versiyasını neytrallaşdırmağı bacarıb.
Qeyd edək ki, StuxNet virus proqramı Microsoft Windows operasiya sistemi ilə çalışan kompüterlərə yoluxmaq üçün yaradılıb.
The Washington Post yazır ki, StuxNet ABŞ və İsrail xüsusi xidmət orqanları tərəfindən icad edilib.
Babək Göyüş
© AzNews.az