“Bakıdakı cəzaçəkmə müəssisəsində dustaqlara qarşı amansızlıq davam edir. Yeni rəis uşaqlarımıza olmazın işgəncəsini verir, döydürüb öldürtdürür’’. “Bakıdakı cəzaçəkmə müəssisəsində dustaqlara qarşı amansızlıq davam edir. Yeni rəis uşaqlarımıza olmazın işgəncəsini verir, döydürüb öldürtdürür’’.

Bakıdakı “zon’’ dan dəhşətli xəbər: “İşgəncələr verir, döydürüb öldürtdürürlər“

“Bakıdakı cəzaçəkmə müəssisəsində dustaqlara qarşı amansızlıq davam edir. Yeni rəis uşaqlarımıza olmazın işgəncəsini verir, döydürüb öldürtdürür’’.


AzNews.az xəbər verir ki, bu barədə Criminal.az-a 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və ölümcül hala salınan məhkum Tariyel Şahverdiyevin yaxınları məlumat verib.

Bildiriblər ki, ötən gün 6 saylı cəzaçəkmə müəssisəsində öldürülən Nurani İbrahimov və Sahib Babayevlə yanaşı Tariyel də işgəncəyə məruz qalıb. Onu 17 saylı cəzaçəklmə müəssisəsindən bir həftə əvvəl 2 saylı müəssisəsyə rəis təyin olunan Elçin Əlicanov Vərəm əleyhinə müalicə müəssisəsinə göndərib. Hazırda T.Şahverdiyev qan kusur. Onunla yanaşı Elmir adlı məhkum da işgəncəyə məruz qalıb, hazırda onların vəziyyəti ağırdır.

Hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların yaxınları əzizlərinin taleyindən narahatdır. Onlar cəzaçəkmə müəssisəsinin qarşısında toplaşıblar. Onlara məlumat veriblər ki, məhkumları soyunduraraq ayaqlarından asır və işgəncə verirlər.