- Köhnə - Kriminal
- 28 Sentyabr 2018 17:51
- 7 482
Həbsdən çıxdı, bacısının ərini baltalayıb öldürdü, meyitin yanında uzandı və... - Azərbaycanda DƏHŞƏT
Lənkəranda törədilmiş dəhşətli qətllə bağlı bəzi məqamlar aydınlaşıb.
Məlumata görə, Vilvan kəndində bacısının həyat yoldaşı, 1960-cı il təvəllüdlü Sakit Yusubovu amansızlıqla öldürən 48 yaşlı Mahir Əzimov yenicə həbsxanadan çıxıbmış.
Bildirilir ki, M.Əzimov qeyri-sağlam həyat tərzi sürdüyündən atası evi-həyəti qızına və kürəkəninə bağışlayıbmış. Bir müddət əvvəl həbsxanadan çıxan Mahir isə həmin həyətdən torpaq sahəsi istəyib və bacısının həyat yoldaşı ilə münaqişə yaradıb. Həm də spirtli içki aludəçisi olan M.Əzimov münaqişə zəminində balta ilə yeznəsinə hücum edib və onun başına zərbələr endirib. Ailə üzvləri müdaxilə etmək istəsə də Mahir qışqıraraq heç kimin yaxın gəlməməsini deyib.
Əks təqdirdə onları da baltalayacağını deyib. Hətta o, Sakiti öldürükdən sonra baltanı əlindən qoymayıb və meyitin yanında uzanaraq dayanıb. Qohum-qonşu, kənd sakinləri cəmləşsə də o, qan içində qalmış Sakitin yanından tərpənməyib və ailə üzvlərinin meyiti götürməsinə imkan verməyib. Nəhayət hadisə yerinə gələn polislər Mahir Əzimovu yaxalayaraq polis şöbəsinə aparıb.
Qeyd edək ki, hadisəni törədən şəxs əvvəllər bir neçə dəfə məhkum edilib. Qətlə yetirilən S.Yusubov isə müsbət xarakterli insan kimi tanınıb.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (publika.az)
AzNews.az