18 yaşlı qız özünü bıçaqladı

Samuxda ali məktəbə daxil ola bilməyən qız özünü bıçaqlayıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Samux rayon İnstitut qəsəbə sakini, 1995-ci il təvəllüdlü Gülşən İbrahimova qarnın kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Üzərində cərrahiyyə əməliyyatı aparılan 18 yaşlı qızın vəziyyəti normal qiymətləndirilir.

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna bildiriblər ki, Gülşən İbrahimova əvvəlcə tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirsə də, sonra hadisəni olduğu kimi danışıb. Qeyd edib ki, o ali məktəbə qəbul ola bilmədiyi üçün əsəbiləşib və özünü bıçaqlayıb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az