Nişanlı oğlan qaynatasının ofisini yardı

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları qaynatasının ofisindən oğurluq edən Kamran İsgəndərovu yaxalayıblar. Səhər işə gələn əməkdaşlar şüşənin sınıq olduğunu görüb polisə məlumat veriblər. Aparılan araşdırmalar nəticə verib.

Kamran İsgəndərov Azər Qasımovun qızı ilə nişanlı olub. Polis İdarəsindən APA TV-yə bildirdilər ki, zərərçəkmiş Azər Qasımov ifadəsində oğurlanan seyfdə 7400 manata yaxın pulun olduğunu bildirib. Təqsirləndirilən şəxs isə qaynatasının verdiyi ifadəni qərəzli sayaraq, seyfdən qeyd etdiyi pullardan və sənədlərdən başqa hec nə cıxmadığını deyib. Onun sözlərinə görə, pula hec ehtiyacı da olmayıb.

Təcridxanaya duşəndən sonra Kamran etdiyi hərəkətin nə qədər ağır olduğu barədə cox düşünəçək. Düşünən həmdə onun qaynatası olacaq. Cünki qızının nişanlısı barədə artıq cinayət işi acılıb.


AzNews.az