- Köhnə - Kriminal
- 8 Oktyabr 2013 09:51
- 2 334
21 yaşlı oğlan həmkəndlisini qətlə yetirdi
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə saat 00.1 radələrində Sabirabad rayonunun Cəngən kəndində qeydə alınıb. Həmin kəndin sakinləri arasında yaranmış münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib. Sabirabad rayon sakini, 21 yaşlı Mirzəyev Təbriz Abusət oğlu həmkəndlisi, 1985-ci il təvəllüdlü Məmmədov Vasif Akif oğlu bıçaqla yaralayıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi açıb, araşdırma aparılır.
AzNews.az