- Köhnə - Kriminal
- 21 Oktyabr 2013 18:37
- 2 766
“AccessBank”da dələduzlar tutuldu
"AccessBank" Qapalı Səhmdar Cəmiyyətində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan xəbərə görə, cəmiyyətin "20 yanvar" filialında kredit mütəxəssisi vəzifəsində işləyən Kamal Fərəcovun, tanışları Vüqar Rəhimov və başqaları ilə qabaqcadan əlbir olub özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2009-2010-cu illərdə ümumilikdə 59 şəxsin adına cəmi 108.0 min manat məbləğində pul vəsaitini kredit şəklində götürərək ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.
K.Fərəcov və V.Rəhimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
AzNews.az