Yevlaxlı qız qeyri-rəsmi ərini öldürdü

Yevlax rayonunda qətl hadisəsi baş verib. Qətl rayon sakini 1992-ci il təvəllüdlü Şəfa Əliyeva tərəfindən törədilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, Ş. Əliyeva qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sərxan Musayevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən şəxs tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sevinc
AzNews.az