- Köhnə - Kriminal
- 9 Aprel 2015 13:08
- 3 452
Bakıda oğurluğa cəhd edən yeniyetmə lal-kar saxlanıldı
Aprelin 8-də saat 06 radələrində Xətai rayonunun N.Tusi küçəsində Bakı şəhər sakini Turqay İsgəndərova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd edilib.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi müəyyən ediblər.
Bəlli olub ki, oğurluq cəhdini 13-15 yaşlı lal-kar olan oğlan (şəxsiyyəti müəyyənləşdirilir) törədib.
Nəticədə, o, saxlanılıb və 35-ci PB-yə təhvil verilib.