- Köhnə - Kriminal
- 10 Aprel 2015 13:50
- 6 402
Moskvada azərbaycanlı “qanuni oğru”ya hökm oxundu - 8 il
2013-cü ildə Lyublinsk bazarının sahiblərindən biri olan Elxam Əliyevin ölümündə və qanunsuz silah satışında ittiham edilən “qanuni oğru” Ülfət Tağıyevə (Rüfət Gəncinski) Moskvanın Lyublinsk rayon məhkəməsi hökm oxuyub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İzvestiya" qəzeti yayıb.
Məlumata görə, məhkəmə onu 8 il azadlıqdan məhrum edib. O, öz cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilməyib. Buna səbəb isə Azərbaycanın Gəncə şəhərində anadan olan 33 yaşlı Rüfət Gəncinskinin Rusiyanın cinayət aləminin "kralı" hesab edilən Aslan Usoyanı (Ded Hasan) öldürməkdə ittiham edilməsidir.
Ded Hasan 2013-cü il yanvarın 16-da qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, 2013-cü ilin sentyabrında tutulan Rüfət Gəncinski "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) adamı kimi tanınır.
Dindirilmə zamanı o, Ded Hasanı öldürən killerə informasiya ötürdüyünü və qətlin detallarını hazırladığını etiraf edib.