- Köhnə - Kriminal
- 14 Aprel 2015 20:56
- 4 737
Məşhur erməni “qanuni oğru” həbs edildi - Moskvada
Moskvada 43 yaşlı “qanuni oğru” Aqas Adamyan saxlanılıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, o, kriminal aləmdə daha çox Aqas Yerevanski ləqəbi ilə məşhurdur. Erməni kriminal generala Rusiya sərhədini qanunsuz keçdiyi üçün cinayət işi açılıb.Xatırladaq ki, ötən ilin mart ayında Aqas Adamyan Rusiyadan deportasiya olunaraq öz ölkəsinə - Ermənistana göndərilib. Burada Aqas hava limanındaca saxlanılıb. Lakin, "qanuni oğru" tez bir zamanda da azadlığa çıxaraq Rusiyaya qayıdıb.
Hüquq mühafizə orqanalarının suallarını cavabalandırarkən Aqas "oğru" titulu olduğunu təsdiqləyib. Əldə olunan məlumatlara görə, o, 2002-ci ildə "taclandırılıb".
Aydan
AzNews.az