“Hyundai Badamdar” MMC-də mənimsəmə faktına görə cinayət işi başlanılıb. “Hyundai Badamdar” MMC-də mənimsəmə faktına görə cinayət işi başlanılıb.

“Hyundai”ın əməkdaşı həbs edildi – 91 minlik korrupsiya

“Hyundai Badamdar” MMC-də mənimsəmə faktına görə cinayət işi başlanılıb.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayıb. Məlumata görə, şirkətin sabiq əməkdaşı Vüqar Musayevin qanunsuz hərəkətləri barədə cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı V.Musayev 10 aprel 2014-cü ildən 7 yanvar 2015-ci il tarixədək qeyd olunan şirkətin xəzinədarı vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə satışdan əldə edilən pulları kassaya mədaxildən yayındırmaq yolu ilə ona etibar edilmiş cəmiyyətə məxsus 91 min 200 manat məbləğində pul vəsaitlərini mənimsəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.