- Köhnə - Kriminal
- 25 Aprel 2015 21:00
- 4 213
Bakıda quldurluq: 20 yaşlı gənci vəhşicəsinə döydülər
AzNews.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosunun yaxınlığında yerəşən "Baku Elektronics" mağazasının qarşısında baş verib.
İki nəfər idman cüssəli şəxs həmin ərazidə 20 yaşlarında cavan oğlana yaxınlaşıb, qısa mübahisədən sonra onu vəşhicəsinə döyüblər.
Təxminən saat 17 radələrində baş verən davadan sonra iki nəfər möhkəm əzişdirilmiş gənci "Mercedes" markalı maşına zorla mindirib ərazidən uzaqlaşıblar.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, tərəflər arasında baş tutan qısa söhbətdən hadisənin pul üstündə baş verdiyi anlaşılıb. Ehtimal var ki, döyülən gənc tələb olununan pulu vermədiyi üçün zorakılığa məruz qalıb.
Qeyd edək ki, hadisə yerində nəzarət kameraları var.