- Köhnə - Maraqlı
- 13 Sentyabr 2018 07:58
- 6 302
Qadın deputatlara qadağa
Tanzaniyada qadın deputatlara süni kirpiklərdən və dırnaqlardan istifadə qadağan edildi.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, müvafiq qərar parlamentin spikeri Cob Nduqay tərəfindən imzalanıb. Daha sonra həddindən artıq makiyajdan istifadə etməyə qadağa qoyulacağı da istisna edilməyib.
Qeyd edək ki, qərar səhiyyə naziri Faustin Nduqulilenin süni kirpik və dırnaqların insan səhhətinə zərərli olması ilə bağlı çıxışından sonra qəbul edilib. Məlumata görə, infeksiyaya yoluxma diaqnozu ilə 700-dən çox qadın xəstəxanalara müraciət edib.
AzNews.az