- Köhnə - Maraqlı
- 16 Sentyabr 2018 19:52
- 5 585
Yaponiyada 69 mindən çox insan... - İnanılmaz statistika
Dünyanın üçüncü güclü iqtisadiyyatına malik olan Yaponiyada yaşı yüzü keçən vətəndaşların sayı 69 min nəfərdən çoxdur.
AzNews.az Teleqraf.com-a istinadən bildirir ki, Yaponiya Səhiyyə Nazirliyi 100 yaşını keçənlərin ümumi sayının bir ildə 2014 nəfər artdığını bildirib.
Yaşı 100-dən çox olanların 88 faizi qadınlardır.
Sabah Yaponiyada “Yaşlıları xatırlamaq günü” qeyd olunur.
O da bildirilir ki, yaponların daha çox yaşamasına səbəb Yaponiya mətbəxi, tibbi sahədə irəliləyişlərin əldə olunması, qidaların qəbulu mexanizmidir.
Yaponiyada qadınlar minimum 87, kişilər isə 81 il yaşayır.
Hazırda ölkədə yaşı yüzü keçənlərin ümumi sayı 69785 nəfərdir.
AzNews.az