“Apple” mədə bulandırır

"Apple"nin yeni əməliyyat sistemi iOS 7- dəki dizayn dəyişikliyi birmənalı qarşılanmayıb. Dəyişikliklər sonar istifadəçilərdən qəribə şikayətlər gəlməyə başlayıb.

Bəzi istifadəçilər internetdəki "Apple" forumlarda iOS 7-dəki yaxınlaşdırma animasiyaları səbəbiylə mədə bulanması və baş gicəllənməsi yaşadıqlarını bildiriblər.

Dr. Corc Kikano da bu vəziyyəti təsdiqləyərək iOS 7-nin bəzi istifadəçilərə fərqli təsir etdiyini, onlarda avtomobil tutmasına bənzər bir hiss yarada biləcəyini söyləyib.

Ancaq Kikanonun sözlərinə görə, bunun səbəbi yaxınlaşdırma animasiyaları deyil, cihazın ekranının irəli- geri hərəkət edirmiş kimi görünməsini təmin edən "parallax" adlı yeni funksiyadır.

Rəhim Qədirov
AzNews.az