- Köhnə - Maraqlı
- 14 Oktyabr 2013 15:54
- 2 244
Smartfonların 80 faizi mühafizə olunmur
Göstərilən 80 faizə korporativ seqment daxil olmaqla bütün planşet və smartfonlar daxildir. Analitiklərin fikrincə, bunun bir neçə səbəbi var, lakin əsas səbəb istifadəçilərin hələ də mobil qurğuların işi üçün yazılan virus və digər zərərli proqramların hansı təhlükə törətməsini dərk etməmələrindədir.
Smartfon və planşet sahibləri fərdi kompüterlərlə sadəcə paralellər aparmırlar. Bundan başqa, istifadəçilərin bu məsələdə göstərdikləri süstlük də böyük rol oynayır. Belə ki, "iOS" və "Android" əməliyyat sistemlərinin yenicə işıq üzü gördükləri vaxtda onlar antivirus və proqram təminatı olmadan işlərini apara bilirdilərsə, hazırda heç nə dəyişmədiyindən yenə də bunu edə bilərlər.
Antivirus əlavələrin və fərdi məlumatların mühafizəsinin əhəmiyyətini başa düşənlər əksər hallarda hesab edirlər ki, smartfon və planşetlər üçün belə proqram təminatının dəyəri çox bahadır və buna görə onlar yeni videooyuna bir neçə dollar xərcləməyə üstünlük verirlər,
AzNews.az